Yol qəzalarında 5 nəfər ölüb

Yol qəzalarında 5 nəfər ölüb
# 11 oktyabr 2007 14:25 (UTC +04:00)
Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Bakıxanov qəsəbəsində Yevlax rayon sakini Elxan Həşimovun idarə etdiyi “Mersedes” və Ağdam rayon sakini Ərşad Ağayevin idarə etdiyi “VAZ-2103” markalı avtomaşınlar toqquşub. Nəticədə Ə. Ağayev və sərnişinlərindən Babək rayon sakini Əbülfəz Məmmədov, Ramana qəsəbə sakini, 4 yaşlı Esmira Xəlilova hadisə yerində ölüb, xəsarət almış Ramana qəsəbə sakinləri Pərviz Xəlilov, arvadı Pərvanə, Çimnaz Sultanova, Günel Abdullayeva, İsmayıl Abdullayev və İlşad Rzaquliyev, habelə E. Həşimov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Səbayel rayonundakı Neftçilər prospektində Bakı şəhər sakini İslam Zöhrabov idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla həmyerlisi Yuri Moskviçovu vurub. Nəticədə Y.Moskviçov hadisə yerində keçinib. Faktla bağlı Səbayel RPİ-də araşdırma aparılır.
Sumqayıt şəhərinin Koroğlu küçəsində Abşeron rayon sakini Azər Misirxanov idarə etdiyi “Mercedes-190” markalı avtomaşınla şəhər sakini Mahrux Fətullayevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş M. Fətullayeva orada vəfat edib. Faktla bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Nəsimi rayonundakı Ü. Hacıbəyov küçəsində “VAZ-21150” markalı avtomaşınla Rusiya Federasiyasının vətəndaşı Süləddin Şirinov vurulub. Sürücü avtomaşını hadisə yerində qoyaraq qaçıb. Nəticədə xəsarət almış S. Şirinov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nəsimi RPİ-də əməliyyat-axtarış tədbirləri aparılır.
Kürdəmir rayonunun Karra qəsəbəsində Kəlbəcər rayon sakini İbrahim Nəcəfov idarə etdiyi “DEU” markalı sərnişin avtobusunu qarşıda gedən Şilyan kənd sakini Cümşüd İslamovun idarə etdiyi “YMZ-6” markalı traktora vurub. Nəticədə İ. Nəcəfovun sərnişinlərindən Ağdam rayon sakini Əhəd Tağıyev hadisə yerində ölüb, 4 sərnişin isə xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.
Biləsuvar rayonunun Çaylı kəndində İsmətli kənd sakini Sübhan Baxşiyev idarə etdiyi “VAZ-2107” markalı avtomaşını qarşıda gedən Çaylı kənd sakini Tofiq Cabbarovun idarə etdiyi “T-40” markalı traktorun qoşqusuna vurub. Nəticədə S. Baxşiyevin xəsarət almış sərnişini, həmkəndlisi Səbuhi Cəlilov xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR