Saatlıda ruhi xəstə babasını öldürüb

Saatlıda ruhi xəstə babasını öldürüb
# 11 oktyabr 2007 14:25 (UTC +04:00)
Saatlı rayonunda ailə münaqişəsi zəminində faciə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Nərimankənd kəndində kənd sakini, ruhi xəstə Teyyub İbrahimov münaqişə zəminində babası Abbas İbrahimova və bibisi Sevdaya dəryazla xəsarət yetirib. A. İbrahimov xəstəxanada ölmüş, Sevdanın vəziyyəti isə orta-ağırdır. Saatlı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində T. İbrahimov tutulub.
Maştağa qəsəbəsində Albalı qəsəbə sakini Muxtar Əhlimanov sərxoş halda münaqişə zəminində Bakı şəhər sakini Vladik Viktoroviç Xotuxu bıçaqla qətlə yetirib. Sabunçu RPİ-nin 14-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində M.Əhlimanov yaxalanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR