Ucarda təqaüdçünün evi yanıb

Ucarda təqaüdçünün evi yanıb
# 11 oktyabr 2007 17:00 (UTC +04:00)
Bu gün saat 18:00 radələrində Ucar rayonunun Lək kəndində yanğın faktı qeydə alınıb. APA-nın Aran bürosunun məlumatına görə, 1934-cü il təvəllüdlü təqaüdçü Qənirə Baxşəli qızı Heydərovaya məxsus ev yanıb. Nəticədə 100 kv. metr sahə yanıb. Hadisə yerinə göndərilən Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən maşını alovu ram edə bilib. Zərərçəkən yoxdur. Yanğının qısaqapanma nəticəsində meydana gəldiyi ehtimal olunur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR