Sumqayıtda terror törətməyə hazırlaşmaqda şübhəli bilinən ərəbin axtarışları davam etdirilir

Sumqayıtda terror törətməyə hazırlaşmaqda şübhəli bilinən ərəbin axtarışları davam etdirilir
# 12 oktyabr 2007 09:32 (UTC +04:00)
Sumqayıt ŞPİ-dən APA-ya bildirilib ki, hələlik axtarılan şəxsi yaxalamaq mümkün olmayıb. Şəhərin bütün giriş-çıxışlarında postlar qurulub, Azərbaycanda terror törətməyə hazırlaşmaqda şübhəli bilinən ərəb əsilli bir nəfərin axtarışı Sumqayıtın hər yerində davam etdirilir.
Qeyd edək ki, əməliyyat oktyabrın 10-da hüquq-mühafizə orqanlarına məlumat daxil olduğu andan başlanıb. Axtarış əsasən əhalinin sıx olduğu yerlərdə - avtovağzal, dayanacaqlar, bazarlarda aparılır. Artıq ərəb əsilli vətəndaşın şəkli əməliyyatçılara paylanıb. Onun tək olduğu ehtimal edilir. Hələlik həmin şəxsin terror aktı törətməyə cəhd etdiyi obyektlərin adı açıqlanmır, məramı-məqsəd məlum deyil. Eyni zamanda araşdırma aparılır, materiallar toplanması davam etdirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR