Füzuli rayonunun sərhəd kəndinin sakini naməlum şəxslərin hücumuna məruz qalıb

Füzuli rayonunun sərhəd kəndinin sakini naməlum şəxslərin hücumuna məruz qalıb
# 13 oktyabr 2007 10:58 (UTC +04:00)
Ötən gecə Füzulinin Əhmədallar kənd sakini kənd qəbiristanlığının yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb. Kənd sakinləri APA-nın Qarabağ bürosuna bildiriblər ki, Zeynalov Rahid Şahmalı oğlu əkin sahəsində üç nəfərlə qarşılaşıb. Tanımadığı şəxslərin erməni olduğundan şübhələnən Rahid Zeynalov həmkəndlilərini köməyə çağırmaq isəyib. Onu susdurmağa çalışan naməlum şəxslər R. Zeynalovun əl-qolunu bağlamağa cəhd ediblər, lakin o, müqavimət göstərərək qaçıb qurtarmağa müvəffəq olub. Kənd sakinləri onun çağırışı ilə naməlum şəxsləri axtarmağa çalışsalar da, bir nəticə hasil olmayıb. O, bu barədə kəndə xəbər çatdıra bilib. Bu barədə yerli polisə və hərbi hissə komandanlığı da məlumatlandırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR