Xəzərdə qəzaya uğramış vertolyotun qalıqları sudan çıxarılıb

Xəzərdə qəzaya uğramış vertolyotun qalıqları sudan çıxarılıb
# 19 oktyabr 2007 15:15 (UTC +04:00)
R.Cəfərzadənin sözlərinə görə, vertolyotun hissələri gəmi vasitəsi ilə sahilə yola salınıb. Qalıqlar sahildə araşdırılandan sonra, onun vertolyotun hansı hissələri olması müəyyənləşəcək.
R.Cəfərzadənin sözlərinə görə, “Azal”ın vertolyotları hava şəraitinin pis keçməsinə baxmayaraq, bütün günü axtarışları davam etdiriblər: “Sərhəd Qoşunlarının Sahil Mühafizəsi, Hərbi Dəniz Qüvvələrinin gəmiləri və şəxsi heyəti, ARDNŞ və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə axtarışları davam etdiririk. Axtarışlar vertolyotda olan digər iki nəfərin cəsədləri tapılana qədər davam etdiriləcək. Dünən və bu gün dalğalar gücləndiyindən axtarışlar xeyli çətinləşib”.
R.Cəfərzadə vertolyotun “qara qutu”sunun texniki parametrlər yazılmış hissəsinin Bakıda oxunduğunu, danışıqların yazıldığı hissəsinin isə MDB Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri tərəfindən oxunmaq üçün Moskvaya göndərildiyini qeyd edib: “Texniki parametrlər olan hissəsini açıb oxuya bildik. Səs yazanda isə problem olduğundan Moskvaya göndərilib”.
Qeyd edək ki, oktyabrın 12-də qəzaya uğramış Mi-8 vertolyotu “Azərbaycan Hava Yolları” Dövlət Konserninin “AzALheliokopters” müəssisəsinin olub. Vertolyot ARDNŞ-in Kompleks Qazma İşləri Trestinin “Qərbi Abşeron” dəniz neft-qaz yatağındakı “Xəzər-4” özüqalxan üzən qazma qurğusunda çalışan “Bayıl limanı” Kəşfiyyat Dəniz Qazma İdarəsinin əməkdaşı Qəhrəman Əsədovun səhhətində yaranmış problemlə əlaqədar xəstəni və onu müşayiət edən iş yoldaşı Zahid Şaşkayevi götürərək, havaya qalxdıqdan az sonra dənizə düşüb. Hadisə zamanı vertolyotda 4 nəfər ekipaj üzvü və ARDNŞ-in adları çəkilən 2 əməkdaşı olub. Bu günədək Xəzər Dəniz Neft Donanmasının 20-dək dalğıcı və kran gəmiləri vasitəsi ilə dənizin 12 metr dərinliyindən 4 cəsəd və vertolyotun əsas hissələri çıxarılıb.
Qeyd edək ki, sudan çıxarılmış cəsədlər qəzaya uğramış vertolyotun kapitan Vladimir Nekrasov, 2-ci pilot Əhməd Əliyev, təlimatçı-kapitanı Viktor Qrinenko və onun köməkçisi, vertolyotun mexaniki Cahid İbrahimovdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR