Siyəzəndə minik avtomobili elektrovoza çırpılıb

Siyəzəndə qəza hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Siyəzən-Qızılburun mənzilinin 2550-ci km-də Siyəzən rayon sakini Etiram İbrahimov idarə etdiyi “VAZ-2106” markalı avtomaşını elektrovoza vurub. Nəticədə E. İbrahimovun xəsarət almış sərnişini, həmyerlisi Ramazan Mürsəliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır. /APA/