Pakistanda baş verən terror aktında ölənlər arasında azərbaycanlılar yoxdur

Pakistanda baş verən terror aktında ölənlər arasında azərbaycanlılar yoxdur
# 19 oktyabr 2007 15:32 (UTC +04:00)
Pakistanın sabiq baş naziri Bənazir Bhuttoya qarşı təşkil olunan və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktında ölənlər arasında azərbaycanlılar yoxdur. Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib. Səfirlikdən bildiriblər ki, diplomatik nümayəndəliyin əməkdaşları hadisədən sonra Kəraçidə yaşayan azərbaycanlılarla əlaqə saxlayıb və onların heç birinin xəsarət almadığını dəqiqləşdiriblər. Qeyd edək ki, dünən 8 illik mühacirətdən sonra vətəninə dönən Pakistan Xalq Partiyasının lideri Bənazir Bhuttonun avtomobil karvanı Kəraçi şəhərində terrorçuların hücumuna məruz qalıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, küçələrdə Bənazir Bhuttonun pişvazına on minlərlə insan çıxıb. Keçmiş baş nazir insanları salamlayarkən onun kortejinin yaxınlığında iki partlayış baş verib. Kamikadzelərin törətdiyi güman olunan ikinci partlayış daha güclü olub. Nəticədə çoxlu sayda insan həlak olub və yaralanıb. Son məlumata görə, ölənlərin sayı 135, yaralıların sayı isə 500-ə yaxındır. Terror təşkilatlarından heç biri törədilən aksiyaya görə məsuliyyəti öz üzərinə götürməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR