Yol qəzalarında 3 nəfər ölüb

Yol qəzalarında 3 nəfər ölüb
# 19 oktyabr 2007 15:42 (UTC +04:00)
Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun N. Nərimanov küçəsində Bakı şəhər sakini Rafiq Nuriyev idarə etdiyi “MAN” markalı avtobusla Bakı şəhər sakini Fərzəli Tahirovu vurub. Nəticədə F. Tahirov hadisə yerində keçinib. Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
Nərimanov rayonundakı Təbriz küçəsində Bakı şəhər sakini Fuad Məlikovun idarə etdiyi “VAZ-21099” və Culfa rayon sakini Elməddin Rəhimovun idarə etdiyi “Hunday” markalı avtomaşınlar toqquşub. Nəticədə hadisə yerinin yaxınlığında olan Suraxanı qəsəbə sakini Güldəstə Əliməmmədova xəsarət alıb və aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
Göyçay rayonunun Qaraməryəm kəndində müəyyən edilməmiş avtomaşınla Kəlbəcər rayon sakini Ziyəddin Bayramov vurulub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Z. Bayramov orada dünyasını dəyişib. Faktla bağlı Göyçay RPŞ-də əməliyyat-axtarış tədbirləri aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR