Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib
# 28 aprel 2008 13:30 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynalov - APA. Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon Polis Şöbəsindən bildirilib. Bakı sakini, 1966-cı il təvəllüdlü Şıxəliyev Elbrus Gəray oğlunun idarə etdiyi 10 Az 505 nömrə nişanlı motosikletlə Şamaxı rayon sakini Yolçuyev Gülməmməd Nurməmməd oğlunun idarə etdiyi 56 AC 100 nömrə nişanlı avtobus Hacıqabul rayonu ərazisində, Bakı-Qazax yolunun 128-ci kilometrliyində toqquşub. Nəticədə motosikletin sürücüsü aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR