Çin vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Bakı sakini tutulub

Bakı. Samir Kazımlı - APA. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 57 yaşlı Mikayıl İsrafil oğlu Mədətov Çin Xalq Respublikasının vətəndaşı, Bakıda xırda ticarətlə məşğul olan 38 yaşlı Zhu Yu Feinine qarşı quldurluq etdiyi üçün saxlanılıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, M. Mədətov aprelin 27-də saat 17 radələrində A. Şaiq küçəsində Zhu Yu Feininə yaxınlaşaraq əlindəki kəsici alətlə onun üz nahiyəsinə xəsarət yetirib. Bundan sonra o, çinlinin mallarını əlindən alaraq hadisə yerindən uzaqlaşmaq istəyib, lakin müqavimətlə üzləşdiyi üçün malları ataraq qaçıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədən bir neçə saat sonra M. Mədətov tutulub.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181. 2. 5- ci (quldurluğun silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməsi) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.