Nəsimi Rayon Məhkəməsində iddiaçı proses zamanı dünyasını dəyişib

Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi Rayon Məhkəməsində proses zamanı iddiaçı Pənah Qafarov ürək çatışmazlığından dünyasının dəyişib. Nəsimi Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun APA-ya verdiyi məlumata görə, mərhum evinin yaxınlığında “Nika” MTK şirkəti tərəfindən inşa olunun çoxmərtəbəli binanın tikintisi nəticəsində mənzilinə ziyan dəyməsi ilə bağlı məhkəməyə müraciət edib. P. Qafarov iş üzrə bu gün hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında cavabdehlə mübahisə edib və nəticədə infarkt keçirərək dünyasını dəyişib.