Xaçmazda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb

Xaçmazda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb
# 28 aprel 2008 14:36 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün səhər saatlarında Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində rayon sakini Samir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı 10 BC 240 dövlət nömrə nişanlı avtomobillə yoldan keçən 6 saylı Xaçmaz rayon orta məktəbinin 11-ci sinif şagirdi İradə Salehovanı vurub. İ. Salehova hadisədən dərhal sonra rayon xəstəxanasına çatdırılsa da, orada keçinib. Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR