Şıxov qəsəbəsində tikintisi davam edən binada kişi meyiti tapılıb

Şıxov qəsəbəsində tikintisi davam edən binada kişi meyiti tapılıb
# 28 aprel 2008 15:29 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakının Qaradağ rayonunun Şıxov qəsəbəsində inşa edilməkdə olan binalardan birində 20-25 yaşlı oğlanın asılmış meyiti aşkarlanıb. Bu barədə APA-ya Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsindən məlumat verilib. Meyitin üzərində sənəd olmadığından, mərhumun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR