Nizami rayonunda naməlum qadın meyiti tapılıb

Bakı. Samir Kazımlı APA. Bakının Nizami rayonunun R. Rüstəmov küçəsində yolun kənarındakı ağaclıqdan naməlum qadın meyiti tapılıb. Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, təxminən 30-35 yaşlarında olan mərhumun kimliyi müəyyənləşməyib. Hazırda onun kimliyinin müəyyən edilməsi üçün tədbirlər davam etdirilir. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.