Azərbaycan paytaxtında silahlı basqın olub

Əzizbəyov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, bir qrup naməlum şəxs həmin qəsəbədə yaşayan Beyləqan rayon sakini, 32 yaşlı Famil Qərib oğlu Mehdiyevin həyətindən ona məxsus 42 baş qoyunu oğurlamaq istəyərkən F. Mehdiyev və onun həyat yoldaşı, 31 yaşlı Simnarə Qənimət qızı Mehdiyeva səs-küyə bayıra çıxıb. Bu zaman naməlum şəxslər avtomat silahından onlara tərəf atəş açaraq, hadisə yerindən qaçıblar. Nəticədə F. Mehdiyev sol ayağından, S. Mehdiyeva isə sol əlindən güllə yarası alıb. Onlar təcili xəstəxanaya yerləşdiriliblər. Rayon Polis İdarəsindən hələlik hadisə ilə bağlı saxlanılanın olmadığı bildirilib.
Faktla bağlı Əzizbəyov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1 (quldurluğun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi) və 181.2.5-ci (quldurluğun silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməsi) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.