Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. Şəhriyar Əlizadə - APA. Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 28-dən 29-na keçən gecə Ağdamın İmamqulubəyli kəndinə gedən yolda baş verib. Gəncə sakini Bəhmən Nəsirovun yüksək sürətlə idarə etdiyi “Hyundai” markalı, 20 CK 208 dövlət nömrə nişanlı Cip yoldan çıxaraq aşıb. Nəticədə B. Nəsirov ölüb, maşındakı sərnişin, Gəncə sakini Aydın Məmişov isə ağır bədən xəsarətləri ilə rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.