Azərbaycan paytaxtında baş verən yol qəzasında iki nəfər avtomobildə yanaraq ölüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəki şəhər sakini Elxan Məcidzadənin idarə etdiyi “KamAZ” və sürücüsü məlum olmayan “Daewoo” markalı maşınlar toqquşub. “Daewoo”da yanğın baş verib, nəticədə avtomobilin yanar konstruksiyaları yanıb, maşındakı 2 nəfər (şəxsiyyətləri müəyyənləşdirilir) ölüb. Xəsarət almış E. Məcidzadə isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Qaradağ RPİ tərəfindən araşdırma aparılır.