Kürdəmirdə ata və oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb

Kürdəmir. Məhbubə Qasımbəyli - APA. Kürdəmir rayonunda ata və oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Rayonun Tirli kənd sakinləri Fərman Məmmədov və onun oğlu Əlvan Məmmədov yerə yaxın olan yüksək gərginlikli elektrik xəttinin altından atla keçərkən onları elektrik cərəyanı vurub.