Sankt-Peterburqda saxta əsginaslar satan Azərbaycan vətəndaşı həbs olunub

Sankt-Peterburqda saxta əsginaslar satan Azərbaycan vətəndaşı həbs olunub
# 30 aprel 2008 08:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Sankt-Peterburqda qəlp pul satan Azərbaycan vətəndaşı saxlanılıb. APA-nın məlumatına görə, Sankt-Peterburqun Primorski rayonunda 500 ədəd 1000 rublluq əsginasları satmaq istəyən iki nəfər saxlanıb. Onlardan biri Azərbaycan vətəndaşıdır. Faktla bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə cinayət işi açılıb. Cinayəti sübuta yetiriləcəyi təqdirdə soydaşımızı 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR