Azərbaycanın İmişli rayon sakini ehtiyatsızlıqdan ov tüfəngi ilə özünü öldürüb

İmişli. Məhbubə Qasımbəyli-APA. İmişli rayonu, M. Əzizbəyov küçəsində yaşayan Rüstəm Vəliyev qardaşı Azay Vəliyevin evində ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. R.Vəliyev yerləşdirildiyi xəstəxanada ölüb. Ehtiyatsızlıq ucbatından baş verən hadisə zamanı R. Vəliyev sərxoş olub. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.