Hindistan vətəndaşı Azərbaycan paytaxtında intihar edib
30 aprel 2008 13:03 (UTC +04:00)
Bakı. Samir Kazımlı - APA. Aprelin 28-də Bakının Qaradağ rayonu ərazisində, Bakı-Astara yolunun 16-cı kilometrliyində yerləşən neft mədənində Hindistan vətəndaşı 30 yaşlı Abdal Hasanın asılmış meyiti aşkarlanıb. Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılan araşdırma nəticəsində A. Hasanın intihar etdiyi müəyyənləşdirilib. İstintaq aparıldığından mərhumun Azərbaycanda hansı işlə məşğul olması və hansı səbəbdən intihar etməsi haqda məlumat verilməyib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Hadisə
Maştağada evdən 8 min manatlıq qızıl oğurlanıb
10:07
20 sentyabr 2024
Abşeron sakininə qarşı 12 min, Bakı sakininə qarşı 9 min manatlıq dələduzluq edilib
09:57
20 sentyabr 2024
Bakıda yol qəzasında piyada ölüb, sərnişin yaralanıb
09:39
20 sentyabr 2024
Naxçıvanda mikroavtobus yanıb - FOTO
09:24
20 sentyabr 2024