Bakının Əzizbəyov rayonunda 16 yaşlı qız itkin düşüb

Bakının Əzizbəyov rayonunda 16 yaşlı qız itkin düşüb
# 30 aprel 2008 14:27 (UTC +04:00)
Bakı. Samir Kazımlı - APA. Aprelin 22-də Əzizbəyov rayonunun Binə qəsəbəsinin sakini, 16 yaşlı Fatimə Arif qızı Məmmədova yaşadığı ünvandan çıxdıqdan sonra itkin düşüb. Əzizbəyov Rayon Polis İdarəsinin 2-ci polis bölməsindən APA-ya bildirilib ki, F. Məmmədovun yaxınları onun itkin düşməsi ilə bağlı polisə dünən məlumat veriblər. Polis bölməsindən hələlik F. Məmmədovanın harada olmasının müəyyənləşdirilmədiyi bildirilib. Hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR