15 gün əvvəl Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb

15 gün əvvəl Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb
# 30 aprel 2022 19:40 (UTC +04:00)

15.04.2022-ci il tarixində Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun axtarışları başa çatıb.

APA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Allahverdi Əhmədovun meyiti kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 1 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR