178 minlik dələduzluqda ittiham olunan şəxsə hökm oxunub

178 minlik dələduzluqda ittiham olunan şəxsə hökm oxunub
# 23 sentyabr 2022 17:16 (UTC +04:00)

Vətəndaşların 178 min manat pulunu ələ keçirməklə dələduzluq etməkdə ittiham olunan Fərid Abdinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Fərid Abdinov 7 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, yayılan rəsmi məlumatda istintaqla Fərid Abdinovun dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirdiyi müəyyən edilib.

O, Cinayət Məcəlləsinin 128.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR