19 yaşlı Ağdaş sakini zəhərlənib

19 yaşlı Ağdaş sakini zəhərlənib
# 18 fevral 2020 10:04 (UTC +04:00)

Ağdaş sakini zəhərlənib.

APA-nın məlumatına görə, rayonun Yuxarı Ləki kənd sakini, 2001-ci il təvəllüdlü Səmədova Aygün Mehman qızı fevralın 16-sı axşam saatlarında yaşadığı evdə xaş yedikdən sonra anidən səhhəti pisləşib.

A. Səmədova təcili Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilkin olaraq "Menengit" diaqnozu qoyularaq müayinə və müalicə edilib, lakin A. Səmədovanın vəziyyəti yaxşılaşmayıb. Fevralın 17-də səhər saatlarında A.Səmədovanın valideynləri onun dərman içərək zəhərlənə biləcəyini dedikdən sonra sonuncunun mədəsi yuyulub, vəziyyəti ağır olduğundan paytaxta göndərilib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR