3 ay əvvəl avtomobilin vurduğu 13 yaşlı piyada xəstəxanada ölüb

3 ay əvvəl avtomobilin vurduğu 13 yaşlı piyada xəstəxanada ölüb
# 23 aprel 2022 16:19 (UTC +04:00)

Hacıqabulda 3 ay əvəl avtomobilin vurduğu 13 yaşlı yeniyetmə xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bu il yanvarın 31-də Hacıqabul rayonunun Udulu-1 qəsəbə sakini, Şükür Qocayev idarə etdiyi "Mercedes" markalı avtomobillə kənd sakinləri, 2009-cu il təvəllüdlü Qocayev Əli Teymur oğlunu və 2007-ci il təvəllüdlü Ümid Qocayevi vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Ağır kəllə-beyin travması alan 13 yaşlı Əli Qocayev bu gün müalicə aldığı Şirvan şəhər mərkəzi xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR