3 ayda sərhədi pozan 260 nəfər saxlanılıb

3 ayda sərhədi pozan 260 nəfər saxlanılıb
# 06 dekabr 2022 12:21 (UTC +04:00)

Bu ilin sentyabr, oktyabr və noyabr ayları ərzində qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 100 nəfər saxtalaşdırılmış pasport, viza və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, həmin müddətdə 160 nəfər dövlət sərhədini pozduqlarına görə saxlanılıb.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR