3-cü mkr istiqamətində avtobuslar uzunmüddətli gecikmə ilə hərəkət edir

3-cü mkr istiqamətində avtobuslar uzunmüddətli gecikmə ilə hərəkət edir
# 22 iyun 2022 14:47 (UTC +04:00)

Hazırda paytaxtın Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrindən 3-cü mkr. dairəsi istiqamətində müşahidə olunan sıxlıq səbəbindən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 165, 199, 205 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.

Qeyd olunub ki, avtobuslar gecikmə və uzunmüddətli intervalla hərəkət edirlər. Gecikmələr təxminən 16-20 dəqiqə aralığındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR