3-cü mərtəbədən yıxılan Şirvan sakininin ayaqları sınıb

3-cü mərtəbədən yıxılan Şirvan sakininin ayaqları sınıb
# 26 iyun 2020 20:18 (UTC +04:00)

Şirvan sakini 3-cü mərtəbədən yıxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1981-ci il təvəllüdlü Dəmirov Famil Ramin oğlu yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. Yaralı hər iki ayağının topuğunun çoxsaylı qəlpəli sınığı ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR