3 nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunub

3 nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunub
# 24 iyun 2022 12:44 (UTC +04:00)

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən Əliyev Eynulla Xeyrulla oğlunun cinayət işi üzrə məhkəmə başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Eynulla Əliyev 7 il 11 ay 28 gün azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə martın 15-də paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü, İran vətəndaşı Pormehrəli Hüseyn İsmiəli oğlunun idarə etdiyi "Hovo" markalı yük avtomobili ilə Əliyev Eynulla Xeyrulla oğlunun idarə etdiyi "QAZ A65R32-80” mikroavtobus markalı avtomobil toqquşub. Nəticədə mikroavtobusun sərnişinləri - 2001-ci il təvəllüdlü Qəribov Babaşah Ağaşah oğlu, 1984-cü il təvəllüdlü Zeynalov Qayıb Nizami oğlu və 1987-ci il təvəllüdlü Qaraşov Məhəmməd Zakir oğlu hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR