36 gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb

36 gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb
  • Clock-gray 14:07
  • calendar-gray 08 Mart 2021

Kürdə batan şəxsin meyiti tapılıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanvarın 31-də FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

Axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

apa-logo-mini

Digər xəbərlər