4 gün əvvəl Samur-Abşeron kanalında boğulan şəxsin meyiti tapılıb

Samur- Abşeron kanalı

© APA | Samur- Abşeron kanalı

# 01 iyul 2022 09:36 (UTC +04:00)

İyunun 27-də Samur- Abşeron kanalında boğulan 27 yaşlı şəxsin meyiti tapılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 27-də Samur-Abşeron kanalının Quba rayonu, Hacıhüseynli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1995-ci il təvəllüdlü Əmirov Rəvan Zakir oğlunun axtarışları başa çatıb. R.Əmirovun meyiti kanalın Quba rayonu, Barlı qəsəbəsi ərazisindən keçən hissəsində (batdığı ehtimal olunan yerdən təqribən 8 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR