Ölümlə nəticələnən qəza ilə bağlı zərərçəkənlərin məhkəməyə məcburi gətirilmə qərarı çıxarılıb

Ölümlə nəticələnən qəza ilə bağlı zərərçəkənlərin məhkəməyə məcburi gətirilmə qərarı çıxarılıb
# 17 sentyabr 2019 12:35 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qabil Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

APA-nın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, zərərçəkmişlərdən beş nəfər dindirilməyib. Hakim qeyd edib ki, həmin şəxslər məhkəməyə dəvət edilsə də gəlməyiblər. Məhkəmə zərərçəkmiş şəxslər barəsində məcburi gətirilməsi barədə qərar çıxarıb.

Proses oktyabrın 3-də davam edəcək.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 30-da saat 07:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində Rövşən Həsənovun idarə etdiyi “Mercedes Benz 208 D” markalı, 01-BP-806 dövlət qeydiyyat nişanlı mikroavtobusla Qabil Məmmədovun idarə etdiyi “Mersedes Benz 4140” markalı, 90-CT-969 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub, nəticədə mikroavtobusun sürücüsü R.Həsənov, həmin mikroavtobusun sərnişini, təqribən 60-65 yaşlarında naməlum qadın aldıqları xəsarətlərdən hadisə yerində, sərnişinlər Raisa Rzayeva və Tamara İsmayılova isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında vəfat edib. Mikroavtobusda olan digər 13 sərnişin müxtəlif dərəcəli bədən xəsarətlərı ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR