4 rayonda qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi başlanılıb

Baş prokurorluq

© APA | Baş prokurorluq

# 23 iyun 2022 10:47 (UTC +04:00)

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaş müraciətləri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdaş, Salyan, Şəmkir və Ağcabədi rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən xəbər verilib.

Bildirilib ki, aparılan araşdırmalarla qeyd edilən rayonların ərazilərində meşə fonduna aid olmayan ağacların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə təbiətə 21 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR