43 hakim məsuliyyətə cəlb edilib - VİDEO

43 hakim  məsuliyyətə cəlb edilib - VİDEO
# 22 aprel 2022 19:57 (UTC +04:00)

Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuran hallara görə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb.

Şuradan APA-ya verilən xəbərə görə, ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb. Korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.

Təkcə son üç ildə isə 70-dək intizam icraatı başlanıb, 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR