50-dən çox prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 10 yanvar 2022 11:48 (UTC +04:00)

Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

APA-nın xəbərinə görə, bu barədə ötən ilin yekunları ilə bağlı Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində deyilib.

Bildirilib ki, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR