6 ayda sərxoş şəxslərin iştirakı ilə 4 yol qəzası olub

6 ayda sərxoş şəxslərin iştirakı ilə 4 yol qəzası olub
# 09 avqust 2022 12:16 (UTC +04:00)

Bu ilin 6 ayı ərzində sərxoş vəziyyətdə olan şəxslərin iştirakı ilə 4 yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Həmin hadisələrin 3-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Qeyd olunub ki, yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,2 faizini, yaralananların isə 71,0 faizini kişilər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR