61 yaşlı qadın "Sədərək" ticarət mərkəzində bıçaqlanıb

61 yaşlı qadın "Sədərək" ticarət mərkəzində bıçaqlanıb
# 08 dekabr 2019 20:20 (UTC +04:00)

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə "Sədərək" ticarət mərkəzində qeydə alınıb.

1958-ci il təvəllüdlü Həqiqət Mahmudova ticarət mərkəzinin ərazisində bıçaqlanıb. Qadın aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR