65 yaşlı şəxsin telefonunu alıb, daşla sifətinə vuran şəxs saxlanılıb

65 yaşlı şəxsin telefonunu alıb, daşla sifətinə vuran şəxs saxlanılıb
# 21 yanvar 2023 11:43 (UTC +04:00)

Yanvarın 19-da saat 7 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən parkda bir nəfərin Bakı şəhər sakini, 65 yaşlı N.Feyziyevin mobil telefonunu quldurluq yolu ilə talaması, geri istədikdə isə həmin şəxsin daşla onun sifətinə vurması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, N.Feyziyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Vüqar Pirməmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR