70 milyon manat dəyərində narkotik qanunsuz dövriyyədən çıxarılıb

70 milyon manat dəyərində narkotik qanunsuz dövriyyədən çıxarılıb
# 19 aprel 2022 12:17 (UTC +04:00)

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 55 fakt aşkar edilib.

APA xəbər verir ki, bu, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-fevral-mart aylarının yekununa dair məlumat”da əksini tapıb.

Qeyd edilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 765 kq 540,334 qr, 7286 ədəd həb müxtəlif növ narkotik vasitələr, 22 kq 399,27 qr psixotrop maddələr və 108 həb, 2048 ədəd kapsul güclü təsir edən maddə çıxarılıb.

2022-ci ilin 3 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 880 kq 474,692 qr, narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 69 milyon 778 min AZN (41 milyon ABŞ dolları) kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR