ANAMA: Ərazilərin minalardan təmizlənməsi ilə bağlı tədbirlər planı hazırlanır

ANAMA: Ərazilərin minalardan təmizlənməsi ilə bağlı tədbirlər planı hazırlanır
# 30 noyabr 2020 14:29 (UTC +04:00)

“Humanitar əməliyyatlar zamanı xüsusi zirehli texnika, itlər, daha sonra minaaxtaranlar ərazidə təmizləmə işləri aparır”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov bildirib.

Q. Əhmədov deyib ki, hazırda ərazilərin minalardan təmizlənməsi ilə bağlı tədbirlər planı hazırlanır: “Həm sülhməramlı, həm hərbçilər, həm də ANAMA-nın minalardan təmizləyəcəyi ərazilər fərqli olacaq. Hazırda bununla bağlı tədbirlər planı hazırlanır ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR