Abşeron sakinindən 2 kq-dan çox narkotik götürülüb

Abşeron sakinindən 2 kq-dan çox narkotik götürülüb
  • Clock-gray 12:45
  • calendar-gray 12 Fevral 2021

Abşeronda narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini O.Cahangirzadə Qaradağ rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana və metamfetamin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 1 kiloqram 69 qrama yaxın narkotik vasitə və güclü təsiredici xassəyə malik həblər, o cümlədən 1 kiloqram 10 qramdan artıq heroin, 54 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.

Araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər