Abşeron sakininin evindən 25 kq marixuana götürülüb

Abşeron sakininin evindən 25 kq marixuana götürülüb
  • Clock-gray 16:36
  • calendar-gray 03 Yanvar 2021

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  əməliyyat zamanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Şahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan  8 qrama yaxın marixuana, evinə baxış zamanı isə oradan da əlavə olaraq 25 kiloqramdan artıq  marixuana aşkar edilərək götürülüb.

Sail Ağasəlim

Digər xəbərlər