Abşeron və Xaçmaz sakinlərindən 20 kq narkotik götürülüb

Abşeron və Xaçmaz sakinlərindən 20 kq narkotik götürülüb
# 03 aprel 2021 13:30 (UTC +04:00)

Abşeron və Xaçmaz sakinləri narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş N.İsgəndərovun rayon ərazisində kirayədə yaşadığı evə baxış zamanı 3 kiloqram 360,508 qram heroin və 14 kiloqram 758,891 qram marixuana aşkarlanıb.

Abşeron polisi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində isə Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədovun yaşadığı evə baxış zamanı 2 kiloqram 145,6 qram heroin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR