Abşeronda 37 yaşlı kişi kanalda batıb

Abşeronda 37 yaşlı kişi kanalda batıb
# 21 yanvar 2020 14:56 (UTC +04:00)

Abşeronda bir nəfər kanalda batıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Abşeron rayonunda 1 nəfərin meyitinin su kanalından çıxarılması üçün müraciət daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1983-cü il təvəllüdlü Əhmədov Ceyhun Nadir oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR