Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
# 14 fevral 2021 22:48 (UTC +04:00)

Binəqədi-Novxanı yolunda ağır yol qəzası baş verib, bir nəfər dünyasını dəyişib.

APA xəbər verir ki, hadisə Novxanı qəsəbəsinin girişində qeydə alınıb.

Bakının Suraxanı rayon sakini İbrahimov Səyyad Alı oğlu idarə etdiyi 90-SP-847 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə hələlik şəxsiyyəti məlum olmayan kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Meyit məhkəmə-tibb ekspertizasına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR