Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
# 08 aprel 2021 15:50 (UTC +04:00)

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü İsmayılov Azər Arif oğlu yolu keçmək istəyərkən onu "Mitsubishi" markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan 21 yaşlı piyada xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR