Abşeronda avtomobil yük maşınına çırpılıb - FOTO - VİDEO

Abşeronda avtomobil yük maşınına çırpılıb - FOTO - VİDEO
  • Clock-gray 04:01
  • calendar-gray 16 Mart 2021

Abşeron rayonunun Xırdalan şəhərində 3 avtomobil qəzaya uğrayıb.

APA xəbər verir ki, yol qəzası Abşeron Rayon Polis İdarəsinin qarşısında qeydə alınıb.

“Toyoto” markalı nəqliyyat vasitəsi “Qazel” markalı maşını sağdan ötmə əməliyyatı edərkən yük avtomobilinə çırpılıb. 

İdarəetmədən çıxan minik avtomobili yol kənarında hərəkətsiz dayanan “Volkswagen” markalı maşına da çırpılıb. Qəza nəticəsində “Toyoto”da olan bir nəfər xəsarət alıb. 

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Nurlan Əli

Digər xəbərlər