Abşeronda avtomobildən 4 min manatdan çox pul oğurlanıb

Abşeronda avtomobildən 4 min manatdan çox pul oğurlanıb
  • Clock-gray 12:42
  • calendar-gray 29 İyun 2020

Abşeronda avtomobildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon ərazisində “Hyundai” markalı avtomobildən 4050 manat oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri S.Nuruşov, əvvəllər məhkum olunmuşlar -  R.Quliyev və A.Dərvişov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər